Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda 10 mindən çox fərari mühakimə olunur

Ermənistanda 10 mindən çox fərari mühakimə olunur

Tarix: 11 Fevral 2021 14:00

Ermənistanın hüquq-mühafizə orqanları, xüsusən də ibtidai istintaq orqanları ciddi problemlə üzləşib. 10 mindən çox insan fərarilik, döyüş mövqelərini tərk etmək və döyüş sahəsindən qaçmaq ittihamları ilə mühakimə olunub.

Sonxeber.net xəbər verir ki, bu barədə "Johovurd" qəzeti yazır.

Bu günlərdə ibtidai istintaq orqanları, müharibə dövründə vəzifələrini tərk edən və ya qaçan insanları dindirməyə çağırırlar. Mövqelərini tərk edənlər "can-başla müharibəyə getdiklərini" bəhanə edirlər. 

"Amma göydən alov yağdı və dostlarımız gözlərinin önündə külə döndülər, bundan sonra nə edə bilərdilərdik? Başqa seçimimiz yox idi, xilas olmaq üçün qaçmalı idik. Nə etməliydik? Ölməliydik?" - onlar deyirlər.

Bu ifadələri dinləyən müstəntiqlər nə edəcəyini, bu məsələyə hansı qanuni qərar verəcəyini bilmirlər.

"Johovurd" qəzetinin yazdığına görə, 10 mindən çox insana qarşı cinayət işləri başlanılıb və onların hərəkətləri ilə bağlı hansı qərar veriləcəyi hələlik bəlli deyil.


Etiketlər:  Ermənistanda mindən çox fərari mühakimə olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ