Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2021 17:45
Dəridə yaranan problemlərdən biri də sızanaqlardır. Onlardan ev şəraitində hazırlanan məhlullarla xilas olmaq mümkündür.
Sonxeber.net Axşam.az-a istinadən qüsursuz dəriyə sahib olmaq üçün 2 maskanı təqdim edir:
Limon və yumurtadan hazırlanan maska
Çırpılmış yumurta ağının üzərinə bir çay qaşığı limon suyu əlavə edin. Alınan məhlulu 10 dəqiqə üzünüzdə saxlayın. Daha sonra isə ilıq su ilə üzünüzü yuyun.
Portağal, bal və qatıqdan hazırlanan maska
Portağalın qabığını qurudun, daha sonra isə onları toz halına salın. Kasaya 2 xörək qaşığı portağal tozu, 2 xörək qaşığı qatıq və 1 xörək qaşığı bal əlavə edin. Alınan maskanı üzünüzə vurduqdan sonra 25 dəqiqə gözləyin. Sonra isə soyuq su ilə dərinizi təmizləyin. Məhlulu həftədə iki dəfə istifadə edə bilərsiniz.