Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2021 21:52
"Champions Chess Tour" çərçivəsində keçirilən "Opera Euro Rapid" turnirində həlledici qarşılaşmalara bu gün start veriləcək.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, mükafat fondu 100 min ABŞ dolları olan yarışın səkkizinci günündə final və 3-cü yer uğrunda ilk matçlar keçiriləcək.
Azərbaycan şahmatçısı Teymur Rəcəbov üçüncülük uğrunda qarşılaşmaya çıxacaq. O, fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək. Qrossmeysterlər dörd partiyada mübarizə aparacaq.
Yarımfinalda təmsilçimizi məğlub edən ABŞ şahmatçısı Uesli So və norveçli dünya çempionu Maqnus Karlsen isə finalda görüşəcək. Hər iki cütdə ikinci matç sabah baş tutacaq.
Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
"Opera Euro Rapid"
3-cü yer uğrunda, ilk matç
13 fevral
20:00. Maksim Vaşye-Laqrav (Fransa) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:1:5 (0,5:0,5, 0:1)