Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2021 18:20
"Barselona"nın kapitanı Lionel Messi rekord qırdığı oyunda geyindiyi butslarını sataraq, xeyriyyə məqsədi ilə xərcləyəcək.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu dekabrın 22-də bir klubda ən çox qol vuran oyunçu (Peleyə məxsus olan) rekordunu qırıb. O, həmin matçda geyindiyi butsları "Museu Nacional d'Art de Catalunya" muzeyinə bağışlayıb. Buts 1 ay boyunca muzeydə sərgilənəcək. Butslar apreldə keçirilməsi planlaşdırılan hərracda satıldıqdan sonra əldə edilən gəlir Kataloniyada onkoloji xəstəlikləri olan uşaqlara və onların ailələrinə bağışlanacaq.
Argentinalı oyunçu məsələ ilə bağlı açıqlamasında deyib: "Barselona" ilə 644 qol vurmağım məni xoşbəxt edir. Amma ən əhəmiyyətlisi sağlamlığı üçün mübarizə aparan uşaqlara nə isə verə bilməkdir. Düşünürəm ki, apreldəki hərrac insanları bu cür şeyləri düşünməyə vadar edəcək".