Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2021 21:12
Bakı. Trend:
Sakit Okeanda yerləşən Yeni Kaledoniya ərazisi olan Luayote adaları yaxınlığında 5.7 bal gücündə zəlzələ olub.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti məlumat verib.
Zəlzələnin episentri təxminən 7,5 min insanın yaşadığı Tadine yaşayış məntəqəsindən 440 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan edilməyib.