Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hüseynin 4 milyonluq maşınını soydular - VİDEO

Hüseynin 4 milyonluq maşınını soydular - VİDEO

Tarix: 15 Fevral 2021 15:40

Rusiyada yaşayan tanınmış azərbaycanlı bloqqer Hüseyn Həsənovun avtomobilinə hücum olunub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə fenomeni öz instaqram səhifəsində məlumat verib. O qeyd edib ki, naməlum şəxslər "Gelandewagen" markalı avtomobilinin ön pəncərəsini sındıraraq əşyalarını götürüblər.

Hətta bloqqer izləyicilərinə də məsləhət verib: "Çantanızı heç vaxt ön oturacaqda qoymayın. Yoxsa bu cür halla qarşılaşacaqsınız".

Qeyd edək ki, H. Həsənov sözügedən avtomobili ilə bağlı tez-tez gündəmə gəlib. O, bir neçə ay bundan əvvəl kortejlə avtoşluq edib, Moskva polisi tərəfindən saxlanılıb.

Onun qırmızı rəngli "Gelandewagen"inin qiyməti 4 milyon rubldur (92 400 AZN).


Etiketlər:  Hüseynin milyonluq maşınını soydular VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ