Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Siti"də Messi və Ronaldu yoxdur, amma.."

Tarix: 15 Fevral 2021 18:06

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasının uğurlu çıxışının səbəbləri haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, bununla bağlı deyib:

"Messi, Ronaldu, Mbappe və ya Neymar kimi oyunu öz üzərinə götürüb qələbə qazana biləcək oyunçularımız yoxdur. Amma komanda səyi ilə qazanırıq.

Düzü, hər matçda qol vuran və adlarını çəkdiyim oyunçularla eyni qaydada çalışan belə bir futbolçumuzun olmasına sevinərdim. Bu, çox yaxşı olardı. Ancaq komandamdan heç bir oyunçusunu dəyişməzdim. Çünki bu mövsüm hər biri özünə görə yaxşıdır.

Böyük komandalar və böyük oyunçular çətin anlarda həmrəylik nümayiş etdirirlər. Hər şey yaxşı olduqda oynamaq daha asandır, amma bu mövsüm də çətinlik çəkirik".

Qeyd edək ki, "Mançester Siti" İngiltərə Premyer Liqasında 24 turdan sonra 53 xalla 1-ci pillədə qərarlaşıb. Komanda ən yaxın izləyicisi "Mançester Yunayted"i 7 xal qabaqlayır.

Milli.Az


Etiketlər:  Sitidə Messi Ronaldu yoxdur amma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ