Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Vaqner'' muzdlusu girov götürüldü

''Vaqner'' muzdlusu girov götürüldü

Tarix: 16 Fevral 2021 12:58

Rusiyanın yuxarı dairələrinə bağlı olduğu deyilən "Vaqner" özəl hərbi şirkətinin bir neçə döyüşçüsü Mərkəzi Afrika Respublikasında öldürülüb. Bir döyüşçü isə girov götürülüb.

Sonxeber.net cebhe.info-ya istinadən xəbər verir ki, hadisə Kombele kəndində baş verib. Bura mərkəz Bambaridən 10 km məsafədə yerləşir. Olay 10 fevralda baş versə də, barəsində ancaq indi xəbər yayılıb.

"Biz rusiyalı hərbçini girov götürdük, bir neçəsini isə öldürdük. Onların yük maşınlarını da məhv etdik", - Dəyişiklik üçün Vətənpərvərlik Koalisiyası bildirib. Bu koalisiya hakimiyyətə qarşı silahlı qruplaşmaları birləşdirir.

Hətta girov götürülən rusiyalı hərbçinin videosu da yayılıb. Videoyazının keyfiyyəti aşağı olduğundan, şəxsin kimliyini müəyyən etmək olmur.

Xatırladaq ki, artıq ölkədə yanvarda keçirilən son prezident seçkisinin rəsmi nəticəsi açıqlanıb. Nəticələrə görə, infiki Prezident Fosten Arkanc Tuader yenidən qalib gəlib. Müxalifət və silahlı qruplaşmalar seçkinin nəticəsini tanımır.

Ölkə rəhbərliyinin müraciəti əsasında Rusiya milli orduya təlim keçmək üçün 300 hərbçi göndərib və məqsəd həm də seçkilərdə təhlükəsizliyin təmini olub. Rusiyadan bura həmçinin 4 Mi-8 helikopteri, mühəndis texniki heyət də gedib. Yanvarın sonunda Rusiya Müdafiə Nazirliyi helikopterləri geri qaytarıb.

Ancaq ölkədə həm də özəl "Vaqner" hərbi şirkətinin muzdlu döyüşçüləri var. "Vaqner" muzdlularının ümumilikdə Afrika qitəsində bir neçə ölkədə olduğuna dair tez-tez məlumatlar yayılır.


Etiketlər:  Vaqner muzdlusu girov götürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ