Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kənd təsərrüfatı işçilərinin əmək haqqının 20 faizi bu şəkildə verilə bilər - Yeni qayda

Kənd təsərrüfatı işçilərinin əmək haqqının 20 faizi bu şəkildə verilə bilər - Yeni qayda

Tarix: 16 Fevral 2021 15:00

Bakı. Trend:

“Kənd təsərrüfatı müəssisələrində işçilərin əmək haqqının normativlərinə dair Tövsiyələr barədə” Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli Qərarında dəyişiklik edilib.

Trend-in məlumatına görə, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, işçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, lakin alkoqollu içkilər, 18 yaşına çatmamış işçilərə energetik içkilər, habelə tütün məmulatları, narkotik vasitələr, psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər.


Etiketlər:  Kənd təsərrüfatı işçilərinin əmək haqqının faizi şəkildə verilə bilər Yeni qayda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ