Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtobus qəza törətdi, digər marşrutlar xətdən çıxdı (FOTO)

Avtobus qəza törətdi, digər marşrutlar xətdən çıxdı (FOTO)

Tarix: 23 Iyul 2019 09:08

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu gün səhər baş verən qəza yolda hərəkəti iflic edib.

Trend-in məlumatına görə, hadisə bir qədər əvvəl "Şamaxinka" adlanan ərazidən üzü Biləcəri dairəsinə gedən yolda qeydə alınıb.

Minik avtomobili 90-TJ-109 dövlət nömrəli “Volkswagen” markalı avtomobili və 92 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu arasında baş vermiş qəza yolda sıxlıq yaradıb.

Hadisə səbəbindən Biləcəri qəsəbəsi və qəsəbəyə düşən yol bir müddət bağlı qalıb, bu səbəbdən digər marşrut avtobusları da xətdən çıxaraq yollarını dəyişiblər.

Qəza yerinə cəlb olunan Dövlət Yol Polisi əməkdaşları yaranmış problemi aradan qaldırmağa müvəffəq olublar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Avtobus qəza törətdi digər marşrutlar xətdən çıxdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ