Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Huawei” təsisçisi: “iPhone 12” ən yaxşı smartfondur”

“Huawei” təsisçisi: “iPhone 12” ən yaxşı smartfondur”

Tarix: 18 Fevral 2021 21:12

"Huawei" şirkətinin təsisçisi Jen Çjenfey "iPhone 12"ni beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ən yaxşı smartfon adlandırıb. Bu barədə "Forbes" nəşrinin məlumatında deyilir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, şirkət rəhbərinin sözlərinə görə, yeni "Apple" smartfonu "5G" şəbəkələrində yüksək sürətə nail olub. J.Çjenfey qeyd edib ki, bu, "iPhone 12" smartfonunu dünyanın ən yaxşısı edir. Çin korporasiyasının top-meneceri, həmçinin vurğulayıb ki, qabaqcıl "Apple" qurğusu "Huawei" şirkətinin "5G" şəbəkələrində xüsusilə yaxşı işləyir: "Biz "iPhone 12"nin nail olduğu tərəqqini dəstəkləyirik", - o bildirib.

J.Çjenfey "Huawei" şirkətinin Avropa ölkələrində şəbəkə infrastrukturunu xüsusi vurğulayıb: "Bizim şəbəkələr qlobal məhsuldarlıq testlərində ən yaxşısıdır", - şirkət təsisçisi əlavə edib. Bundan başqa, o, "Huawei" şəbəkələrində iş üçün tam optimallaşdırılan "Apple" məhsullarından razılığını ifadə edib. "Bu fakt Avropada şirkətimiz haqqında fikirləri bərabərləşdirməyə imkan verir" - "Huawei" yaradıcısı vurğulayıb.

Sahibkar, həmçinin "Huawei" beşinci nəsil mobil rabitə şəbəkəsinin fəaliyyət göstərdiyi şəhərlərin adını sadalayıb. "Biz dünyanın əksər şəhərlərində - Berlin, Münhen, Madrid, Sürix, Cenevrə, Amsterdam, Vyana, Barselona, Seul, Banqkok və Honkonqda "5G" infrastrukturunun qurulmasına kömək etmişik", - J.Çjenfey qeyd edib.


Etiketlər:  Huawei təsisçisi iPhone yaxşı smartfondur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ