Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2021-ci ildə IoT xərcləri 288,6 milyard dollara çatması gözlənilir

2021-ci ildə IoT xərcləri 288,6 milyard dollara çatması gözlənilir

Tarix: 18 Fevral 2021 21:48

Pandemiya prioritetlərin dəyişdirilməsinin vacibliyini göstərdi.

Pandemiyaya görə Asiya-Sakit Okean bölgəsindəki (Yaponiya istisna olmaqla) Əşyaların İnterneti (IoT) xərcləri 2020-ci ildə cəmi 7.1%, COVID-19-dan əvvəl isə 12.5% artacağı proqnozlaşdırılıb. Pandemiya ilə ağır zərbə alan sahələrdə, IoT investisiyalarındakı azalma, ümumi İT xərclərinin azalmasının təzahürü olub.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə IDC analitikləri məlumat yayıblar.

Məlumata görə, bu il ikirəqəmli artım templərinə qayıdış gözlənilir. 2020-dən 2024-ə qədər orta illik artım 11,7% olacaq. Mütləq ifadədə 2021-ci ildə IoT üçün 288,6 milyard dollar ayrılacaq. Analitiklər, bu pandemiyanın 2020-ci ildə IoT xərclərindəki artımı yavaşladığını, eyni zamanda prioritetlərin dəyişdirilməsinin, xalq sağlamlığı və teletibb, məsafəli təhsil, avtomatlaşdırılmış istehsal, onlayn ticarət və sifariş çatdırılması sahələrində ön plana çıxarmağın vacibliyini vurğulayıblar. Öz növbəsində, IoT xərclərindəki ən az artım hava trafiki və yük monitorinqi, istehsalın idarəedilməsi və kəşfiyyatda gözləniləndir.


Etiketlər:  2021 ildə xərcləri 2886 milyard dollara çatması gözlənilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ