Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Android-də ekranları kiçildən "tək əl" rejimi istifadəyə veriləcək

Android-də ekranları kiçildən

Tarix: 18 Fevral 2021 22:44

Android 12 böyükölçülü telefonların daha asan idarəolunması üçün yeni xüsusiyyətini təqdim edəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət Android 12 ilə telefonun ekranını kiçildən xüsusi əl rejimi təqdim etməyə hazırlaşır. Bu rejim digər dəyişikliklərdən fərqli olacaq. Rejimdəki əksər yeniliklər isə ekranın həm şaquli, həm də üfüqi miqyaslandırması ilə bağlıdır.

Yeni xüsusiyyət telefonu şaquli olaraq kiçildəcək və ona daha əlçatan görünüş verəcək.

Android 12 ilə gəlməsi gözlənilən "tək əl rejimi"nin istifadə baxımından çox sadə və səmərəli olacağı iddia edilir. Rejimin vaxtı təyin etmə kimi bəzi funksional xüsusiyyətlərə də sahib olması gözlənilir.

Milli.Az


Etiketlər:  Android ekranları kiçildən tək əl rejimi istifadəyə veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ