Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kiber cinayətkarlar Pfizer peyvəndinin texnologiyasını ələ keçirmək istədilər

Kiber cinayətkarlar Pfizer peyvəndinin texnologiyasını ələ keçirmək istədilər

Tarix: 18 Fevral 2021 23:32

Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NİS) Şimali Koreya tərəfindən ABŞ əczaçılıq nəhəngi Pfizerin serverlərinə kiber hücum edildiyini açıqlayıb. Əsas məqsədin Pfizerin Covid-19 peyvənd texnologiyasını ələ keçirmək olduğu bildirilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Şimali Koreyanın dəstəklədiyi kiber cinayətkarların ən azı 6 əczaçılıq şirkətini hədəf aldığı açıqlanıb.

Cənubi Koreya Milli Kəşfiyyat Xidmətindən verilən açıqlamada kiber hücumun qarşısının alındığı qeyd edilib. Cinayətkarlar peyvənd texnologiyasını ələ keçirərək başqa ölkələrə satmaq istəyiblər.

Qeyd edək ki, ötən il, dekabrın 11-də ABŞ-da təcili istifadəyə icazə verilən Biontech/Pfizer Covid-19 peyvəndi simptomatik xəstələrdə 94, ağır hallarda isə 92 % effektiv hesab edilir.

Milli.Az


Etiketlər:  Kiber cinayətkarlar Pfizer peyvəndinin texnologiyasını ələ keçirmək istədilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ