Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2021 08:04
"ABŞ dünya səhnəsinə qayıdıb. ABŞ-ın Avropa ortaqları ilə əməkdaşlığı xarici siyasətin təməl daşıdır".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
"Hamıya deyirəm: Amerika qayıtdı! Transatlantik İttifaq geri döndü və geri baxmayacağıq", deyə ABŞ lideri vurğulayıb.
Bayden, həmçinin, ABŞ ilə Avropa arasındakı ittifaqın iki ölkə arasındakı münasibətlərdə və dünya səviyyəsində "açar" olduğunu deyib.