Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2019 15:04
“Asus” şirkəti tərəfindən təqdim edilmiş “ROG Phone II” adlı oyun smartfonu dünyada ən məhsuldar telefon elan edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, smartfon 2340x1080 nöqtə təsvir ölçülü 6,59 düymlük “AMOLED” displeylə təchiz edilib. Korpusda, həmçinin “AirTriggers” əlavə düymələri, qulaqlıq üçün konnektor və 4 mikrofon nəzərdə tutulub.
“ROG Phone II” smartfonu “Snapdragon 855 Plus” prosessoru, 12 QB-lıq əməli və 512 QB-lıq daxili yaddaşla təchiz edilib. Həmçinin sözügedən cihaz 6000 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib ki, bu da “PUBG Mobile”da 7 saat fasiləsiz oynamaq üçün kifayətdir. Smartfon üçün öz kuleri olan “AeroActive Cooler II” soyutma sistemi, həmçinin oyun pultu və əlavə akkumulyatora malik birləşdirici stansiyaya malikdir.
Təxmin edilir ki, sentyabrda satışa çıxarılacaq sözügedən smartfonun qiyməti 900 dollar təşkil edəcək.
Emil Hüseynov