Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şirvan sakinini boynundan bıçaqlayan şəxs tutulub

Şirvan sakinini boynundan bıçaqlayan şəxs tutulub

Tarix: 23 Iyul 2019 15:57

Bakı. Trend:

Şirvanda bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 22-də Şirvan şəhəri ərazisində naməlum şəxs şəhər sakini Ə.Zeynalova bıçaqla boyun nahiyəsindən xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Ə.Zeynalovun vəziyyəti orta-ağırdır.

Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi T.Səfərov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.
Araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Şirvan sakinini boynundan bıçaqlayan şəxs tutulub


RƏYLƏR