Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2021 19:56
Şəfaət o mövzulardandır ki, müəyyən şərtlərə malikdir. Hər kimdə o şərait olarsa, o zaman həmin şəxsi şəfaət etmək olar:
Bu şərtlər ibarətdir:
1. Allahın izni.
2. Allahın razılığı.
3. Tövhid əhli olmaq.
4. İman.
5. Təqva.
6. Xəşiyyət əhlindən olmaq.
7. Aqil olmaq.
8. Alimlər.
9. Malikiyyət və qüdrət.
10. Tövbə və əməllərin islah olması.
Quran təlimləri buyurur ki, qiyamət günü insanlara şəfaət edənlər: İlahi peyğəmbərlər (ə), onların vəsiləri (ə), şəhidlər, möminlər, alimlər... olacaqdır.
İmam Həsən Əsgəridən (ə) belə bir hədis vardır: "Biz məxluqlar üzərində Allahın hüccətləriyik. Cəddim Fatimə (s.ə) bizim üzərimizdə hüccətdir".
Xanım (s.ə) öz şəfaət məqamı barəsində buyurur: "O zaman ki, Qiyamət günü məhşur olacağam, İslam peyğəmbərinin (s) günahkar ümmətinə şəfaət verəcəyəm".
İmam Baqir (ə) buyurur: "Peyğəmbər (s) buyurmuşdur: "O zaman ki, Qiyamət günü olar, qızım Fatimə (s.ə) behişt dəvələrindən birinə minəcək, o halda ki, sağ tərəfində 70 min və sol tərəfindən 70 min mələk hərəkət edəcəkdir.
Cəbrayil (ə) dəvənin yüyənini əlindən tutan halda deyəcəkdir: "Gözlərinizi bağlayın ki, Muhəmmədin (s) qızı Fatimə (s.ə) keçsin".
O günü elə bir peyğəmbər, siddiq, şəhid qalmayacaqdır, məgər gözlərini yumacaqlar ki, Fatimə (s.ə) keçsin. Bu zaman Allah tərəfindən nida gələcəkdir: "Ey Mənim həbibim! Ey həbibimin qızı! Məndən istə ki, sənə verim. Şəfaət et ki, qəbul edim".
Həzrət Fatimə (s.ə) buyurur: "İlahi və Seyyidi! Övladlarımı, davamçılarımı, davamçılarımın övladlarını, dostlarımı və dostlarımın övladlarını".
Bu zaman Allah tərəfindən nida gəlir ki, Fatimənin (s.ə) övladları, davamçıları, Fatimə (s.ə) övladlarını sevənlər haradadır? Bu zaman bir dəstə insan çağırılacaqdır. Sonra Fatimə (s.ə) irəlidə getməyə başlayacaqdır, o zamana qədər ki, onları behiştə daxil edəcəkdir.
O günü heç kəs miniyə minməz, dörd nəfərdən başqa. Mən (yəni, Rəsuli-Əkrəmin (s) özü), Əli (ə), Fatimə (s.ə) və Saleh peyğəmbər (ə)"".