Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soçidə Rusiya və Belarus prezidentlərinin görüşü keçirilir

Soçidə Rusiya və Belarus prezidentlərinin görüşü keçirilir

Tarix: 22 Fevral 2021 16:40

Soçidə Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında görüş keçirilir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, görüş A. Lukaşenkonun Rusiyaya səfəri çərçivəsində baş tutub.

Prezidentlər Rusiya-Belarus münasibətlərinin inkişafı, hərbi təhlükəsizlik, inteqrasiya strukturlarında əməkdaşlıq, meydana çıxan çağırışlara birgə cavabın verilməsi kimi məsələləri müzakirə edəcəklər. Onların beynəlxalq gündəmə dair fikir mübadiləsi aparacağı da gözlənilir.

Müzakirələrdən sonra Rusiya və Belarus liderləri birgə nahar edəcək və xizək sürəcəklər.


Etiketlər:  Soçidə Rusiya Belarus prezidentlərinin görüşü keçirilir


RƏYLƏR