Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Huawei” elastik ekrana malik “Mate X2” smartfonunu təqdim edib

“Huawei” elastik ekrana malik “Mate X2” smartfonunu təqdim edib

Tarix: 23 Fevral 2021 13:51

Çinin “Huawei” şirkəti elastik ekranla təchiz edilmiş yeni qabaqcıl “Mate X2” smartfonunu təqdim edib. Şirkətin məlumatına görə, qurğunun ən ucuz modelinin qiyməti təxminən 2800 dollar təşkil edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, smartfon öz konstruksiyasına görə kitabı xatırladır: daxili elastik ekranın diaqonalı 8,01 düym, kənar ekranın diaqonalı isə 6,45 düym təşkil edir. Bu, qurğunu həm açıq, həm də bağlı şəkildə istifadə etməyə imkan verəcək.

 

“Kirin 9000” prosessoru ilə təchiz edilmiş smartfon iki aktiv SİM kartla işləyə bilər. Cihaz 55 vatlıq sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 4500 milliamper/saat akkumulyator batareyası ilə təchiz edilib.

 

Smartfon 10-x optik zuma malik 50 meqapiksellik (mp) “Leica” kamerası, həmçinin 2,5 sm fokus məsafəsindən makroçəkiliş imkanına malik 16 mp-lik videokamera ilə təchiz edilib.

 

Emil Hüseynov




Etiketlər:  Huawei elastik ekrana malik Mate smartfonunu təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ