Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2021 17:14
Azərbaycanda elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq olunan aksiz dərəcələri 20 manatdan 100 manata qaldırılır.
Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Deputatlar qanun layihəsinə münasibətdə fərqli yanaşma sərgiləməyib.