Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2021 11:05
"Kinli deyiləm, bacarmıram. Amma silib atmağı qəşəng bilirəm. Dözərəm, keçərəm. Bəlkə də 5 il də keçə bilərəm. Görün, nə qədər səbr var".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Səidə Sultan "MTV Azərbaycan"a açıqlamasında deyib. Sənətçi Xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibi haqda suallara əsəbiləşib:
"Röya, Natavan barədə sual verməyin. Olar ki, bir dəfə də onlara belə sual verin. Mənim nəyimə lazımdır Nata, Röya. Özləri bilərlər. Niyə axı onlar haqında danışım? Gələn mənə onlardan nəşə deyir. Elə bil mən onların məhkəməsiyəm".
Tərzinin tənqid edilməsindən danışan Səidə "Həyatda xoşlamıram insanlar belə dedi, sən də belə etməlisən. Özüm üçün yaşayıram. Onsuz da hər kəs özü üçün yaşayır. İnsanlar niyə mənə müdaxilə etsin ki? Özümü belə görürəm, belə rahatamsa, heç kim mənim azadlığımı ala bilməz. Evdəkilər insanların qınağına əsəbiləşir. Deyirəm siz məni neçə il dəyişə bilmədinizsə, indi də dəyişməyəcəksiniz. Başımı aşağı salıb, öz işimlə məşğul oluram. Dəyməyin mənə. Mənə belə rahatdır. Mən insanlara görə dəyişə bilmərəm" sözlərini söyləyib.