Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə II Qarabağ müharibəsinin taktikasını təkrarlayacaq? - General danışdı - ÖZƏL

Türkiyə II Qarabağ müharibəsinin taktikasını təkrarlayacaq? - General danışdı - ÖZƏL

Tarix: 25 Fevral 2021 12:42

ABŞ-ın PKK-nın Suriya qolu olan PYD-yə "AVENGER" hava hücumundan müdafiə sistemi göndərdiyi məlumatları durmadan artır. Bu barədə xəbərlərə Türkiyə mətbuatında da rast gəlinir. Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın şimalında yerləşən Qara bölgəsində PKK terrorçularına qarşı başlatdığı "Pençe Kartal-2" əməliyyatı başa çatsa da qardaş ölkənin Suriyada da belə əməliyyatlar aparacağı gözlənilir. 

Türkiyənin general-mayoru Osman Qazi Kandemir ABŞ-ın PYD-ni silahlandırması ilə bağlı xəbəri Sonxeber.net üçün şərh edib:

"Bu, yeni bir mövzu deyil. Əslində, ABŞ neft quyularını qoruyan əsgərləri üçün əvvəl də "AVENGER" göndərmişdi. Məqsəd pilotsuz uçuş aparatlarının hücumlarına qarşı quru qoşunlarını qorumaq idi.

Mənim də qarşıma ABŞ mediasından iki gün öncə bir xəbər çıxdı. Bunlar stinger silahının zirehli avtomobilə montaj edilmiş və radar əlavə olunmuş növüdür. S-300 kimi silahlarla müqayisə edilmir, qısa mənzilli sistemlərdir. Qısa mənzil olduğu üçün PYD-yə göndərilən "AVENGER"lərin sayının çox olduğu ehtimalları var. 

Onların məhv edilməsi II Qarabağ Müharibəsi zamanı Ermənistanın Hava hücumundan Müdafiə Sisteminin məhvi kimi olmayacaq. Qarabağda bir növ hibrid savaşı getdi, AN-2 təyyarələri, İHA (Pilotsuz uçuş aparatı) və SİHA-dan (Silahı pilotsuz uçuş aparatı) istifadə edildi. Burada isə bunlar gözlənilmir".

Təhməz Əsədov


Etiketlər:  Türkiyə Qarabağ müharibəsinin taktikasını təkrarlayacaq General danışdı ÖZƏL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ