Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2021 08:42
Qırmızı qarağat kiçik yaşıl yarpaqlara, xırda meyvələrə malik olan çoxillik kol bitkisinin giləmeyvəsidir. Qırmızı qarağat kolunun hündürlüyü 1-2 metrə qədər qalxır.
Qara qarağatdan fərqli olaraq qırmızı qarağat daha sulu olur. Onun budaqları daha yoğun və möhkəm olduğuna görə 1 saplaqda olan qırmızı qarağat meyvələrinin sayı qara qarağtdan çox olur. Qırmızı qarağat kolu çoxillik bitkidir. Hər il onun yarpaqları və budaqları qocalır, yerinə yeni zoğlar çıxır. Qırmızı qarağat kolunun növlərindən asılı olaraq budaqlarının forması fərqli olur. Onun budaqları 5-6 il ömür sürür və məhv olduqca yerinə təzələri çıxır. Qırmızı qarağat 20 il müdətidə yaxşı məhsul verir.
Qırmızı qarağat soyuğa davamlı giləmeyvələrdəndir. O işığı sevir və quraqlığa davamlıdır.
Qırmızı qarağat açıq yaşıl rəngdə çiçək açır və onun qırmızı giləmeyvələri olur. O may ayında çiçəklərir, iyuil-avqust aylarında meyvə verməyə başlayır.
Qırmızı qarağatın elmə 19 növü məlumdur. O Qərbi Avropadan ətraf ölkələrə yayılmağa başlayıb. Bu giləmeyvənin 100 qramında 39 kKalori var. Onun qurudulmuşunun kalori dəyəri daha yüksəkdir və bu səbəbdən də çəkinin artmasına səbəb ola bilir.
100 qram qara qırmızı qarağatın qida dəyəri:
- Zülallar - 0,6 qr
- Yağlar - 0,2 qr
- Karbohidratlar - 7,7 qr
- Su - 85 qr
- Kalori - 39 kKal.
Qırmızı qarağatın faydalı xüsusiyyətləri
Qırmızı qarağatın tərkibi təbii turşular, şəkər, A, C, E vitaminləri, pektin, azot birləşmələri, kalsium, alma sirkəsi, minerallar və selenlə zəngindir. Təbii turşularla şəkərin qarışımından alınan maddələr qırmızı qarağata xüsusi ətir və dad verir. 100 qram qırmızı qarağatın tərkibində 0,2- 0,5 mq beta karotin var.
Qırmızı qarağat orqanizmə antioksidant və xərçəng əleyhinə təsir göstərir. Onun tərkibində olan askorbin turşusunun miqdarı qara qarağatın tərkibində olandan 4-5 dəfə çoxdur. Onun tərkibində olan dəmir, kalium damarların möhkəmlənməsinə, artıq mayenin orqanizmdən xaric olmasına səbəb olur. Qırmızı qarağat yemək ətraflarda və gözaltı torbalarda yığılıb qalmış mayenin xaric olunmasını sürətləndirir.
Bir çox ölkələrdə qırmızı qarağatdan iştahanı artırmaq, ürəkbulanmanı aradan qaldırmaq məqsədilə istifadə edilir. Bəzi ölkələrin xalq təbabətində isə şəkərli diabet xəstələrinə qırmızı qarağat yemək məsləhət görülür. Qırmızı qarağat şirəsi sidikqovucu və ödqovucu təsirə malikdir. O iltihab, qızdırma əleyhinə, laxtalanmanı aradan qaldıran, qızdırmasalıcı, bağırsaq yumşaldıcı və orqanizmi möhkəmləndirici təsirə malikdir. Qırmızı qarağatın tərkibində olan kumarin qanın qaxtalanmasını azaldır, infarkt və insult baş verməsinin qarşısını alır, pektin isə xolesterinin miqdarının azalmasına səbəb olur. Qırmızı qarağat yemək ateresklerozun qarşısını alır. Bu giləmeyvənin tərkibində olan təbii turşular və enerji verən birləşmələr orqanizmdə əmələ gələn yorğunluğu aradan qaldırır. Bu səbəbdən də yaşlı adamlara və idmançılara qırmızı qarağat şirəsi içmək məsləhət görülür. Bir çox ölkələrdə idman yarışlarına hazırlaşan və yarışlardan sonra yorulan idmançılara qırmızı qarağat şirəsi verirlər. Qırmızı qarağat şirəsi orqanizmdə daş əmələ gəlməsinin qarşısını alır və daşların tökülməsinə səbəb olur. Buna səbəb isə qarağat şirəsinin sidik turşuluğunun miqdarını azaltmasıdır. Qırmızı qarağat şirəsi susuzluğu aradan qaldırır, tempraturu aşağı salır, soyuqlama əlamətlərini aradan qaldırır, ürəkbulanmanı kəsir, böyrəklərdən və sidik kisəsindən duzların, daşların xaric olmasına səbəb olur, qəbizliyi aradan qaldırır, iltihab əleyhinə təsir göstərir. Xroniki qəbizlikdən əziyyət çəkənlərə qırmızı qarağat şirəsi içmək çox faydalıdır. Müalicə məqsədilə qırmızı qarağatın şirəsindən və ya dəmləməsindən istifadə olunur. Dəmləməni hazırlamaq üçün 3 xörək qaşığı qırmızı qarağatı 1 stəkan qaynar suya salıb 4 saat saxlamaq və gündə 4 dəfə ¼ stəkan olmaqla yeməkdən yarım saat əvəl içmək lazımdır.
Qırmızı qarağatın zərərli xüsusiyyətləri
Qırmızı qarağat şirəsinin orqanizmə faydaları ilə yanaşı zərərləri də var. Mədə və bağırsaq yaralarından, kəskin hepatitdən və qastritlərdən əziyyət çəkən xəstələrə qırmızı qarağat şirəsi içərkən ehtiyyatlı olmaq məsləhət görülür. Hemofiliyalı xəstələrə də qırmızı qarağat şirəsi içmək məsləhət görülmür.