Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şirkətlərin məlumat sızmasından itkiləri 12 faiz artıb

Şirkətlərin məlumat sızmasından itkiləri 12 faiz artıb

Tarix: 24 Iyul 2019 11:12

“IBM” şirkəti tədqiqat apararaq 2019-cu ildə bir məlumat sızmasının dünya şirkətlərinə orta hesabla 3,92 milyon dollar ziyan vurmasını açıqlayıb. Bu, 5 il əvvəlin göstəricisindən 12 faiz çoxdur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, ekspertlərin sözlərinə görə, informasiya itkisindən artan itkilər belə insidentlərin çoxillik maliyyə ziyanını, kiberhücumların tənzimlənməsinin gücləndirilməsini və aradan qaldırılmasının mürəkkəb prosesini əks etdirir.

 

Hesabatda qeyd olunur ki, ştat vahidi 500 əməkdaşdan ibarət şirkətlər məlumat sızması nəticəsində təxminən 2,5 milyon dollar itki ilə üzləşirlər. Bu biznes seqmenti haker hücumlarına görə daha çox zərər çəkə bilər, çünki belə şirkətlərin illik gəliri 50 milyon dollara (və ya daha az) bərabərdir.

 

Şirkət nümayəndələrinin sözlərinə görə, məlumat itkisinin mənfi maliyyə nəticələri bir neçə il qala bilər. Belə ki, təşkilatların sızmadan sonra üzləşdikləri xərclərin 67 faizi insidentin birinci ilinin payına düşür. İkinci ilin payı 22 faiz, gələcək dövrlərin isə 11 faiz təşkil edir.

 

Uzunsürən zərərlər səhiyyə, maliyyə sektoru, energetika və əczaçılıq kimi sərt tənzimlənən sahələri təmsil edən şirkət və müəssisələr üçün xasdır.

 

Tədqiqata görə, məqsədyönlü kiberhücum nəticəsində məlumat sızması şirkətlər üçün təkcə ən geniş yayılmış deyil, eyni zamanda ən ağrılı səbəb olub.

 

Nizam Nuriyev




Etiketlər:  Şirkətlərin məlumat sızmasından itkiləri faiz artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ