Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“LG” ilk dəfə il ərzində 2 milyondan çox “OLED” televizor satıb

“LG” ilk dəfə il ərzində 2 milyondan çox “OLED” televizor satıb

Tarix: 2 Mart 2021 09:39

Ötən il "OLED" ekranlı "LG Electronics" televizorlarının satış həcmi 2 milyon ədədi ötüb. Bu rəqəm ilk dəfə üstələnib və bu ekrana malik televizorlar üçün yeni mərhələnin başlanğıcı olub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, istehsalçının hesablamasına görə, 2020-ci ildə 2,04 milyon qurğu satılıb. Bu, 2019-cu ildən 23,8 faiz çoxdur.

 

"OLED" televizorların satışının artması "LG" üçün əhəmiyyət daşıyır. Çünki elektronika istehsalçısı diqqəti orta sinfə aid maye-kristal modellərdən daha bahalı "OLED" televizorlarına yönəltməyə başlayıb.

 

2020-ci ildə "LG" istehsalı olan "OLED" televizorunun orta satış qiyməti təxminən 1972 dollar təşkil edib. Bu, qiyməti 428 dollara bərabər maye-kristal ekranlı televizorlar üçün göstəricini 4 dəfədən çox üstələyir.

 

Ötən il ilk "OLED" televizor modellərini "Xiaomi" və "Vizio" şirkətləri təqdim edib. Bu nəzərə alınmaqla dünyada "OLED" televizor istehsalçılarının sayı 19-a çatıb. Bununla yanaşı, "LG" dünyanın ən böyük "OLED" televizor istehsalçısıdır. Şirkətin bazar payı 56 faiz təşkil edir.

 

Televizorlar bazarına ümumilikdə nəzər saldıqda, burada payı 31,9 faizə bərabər "Samsung Electronics" şirkəti liderdir. Sonrakı pillədə 16,5 faiz payla "LG Electronics" şirkəti qərarlaşıb.

 

Nizam Nuriyev




Etiketlər:  dəfə ərzində milyondan çox OLED televizor satıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ