Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2021 14:32
Tbilisidə parlament binasının girişlərində piket keçirən nümayişçilərlə polis arasında fiziki qarşıdurma olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, insidentlə əlaqədar polisin qanuni tələbinə məhəl qoymama maddəsi ilə 7 nəfərin saxlanıldığı bildirilir.
Qeyd edək ki, bu gün səhər saatlarında müxalif partiyaların tərəfdarları parlament binasının girişlərində həbsdə olan siyasi liderlərin azad edilməsi, növbədənkənar parlament seçkilərinin keçirilməsi və seçki islahatlarının aparılması tələbi ilə piket keçirib.