Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2021 18:42
Bu gün Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Sonxeber.net xəbər verir ki, bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
O bildirib ki, komissiya tam tərkibdə olub: "Komissiyanın işi məhsuldar oldu. Bu gün 100-dən artıq müraciətə baxılaraq qərar verildi. Növbəti iclas martın 4-də keçiriləcək".
Qeyd edək ki, komissiyada indiyədək 550-dən çox müraciətə baxılıb.