Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2021 19:16
Hazırda paytaxtın küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Bakı Nəqliyyat Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, sıxlıq səbəbində müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.
Sıxlıq olan yolların siyahısını təqdim edirik:
1. Üzeyir Hacıbəyli küçəsi - Mərkəz istiqamətində sıxlıq
2. Tbilisi prospekti - Hər iki istiqamətdə sıxlıq
3. Ziya Bünyadov prospekti - 20 Yanvar dairəsi istiqamətdə sıxlıq
4. Ağa Neymətulla küçəsi - Heydər Əliyev prospekti kəsişməsindən sonra üzü Nərimanov m/st istiqamətində sıxlıq
5. Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti və Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq
6. Abdulvahab Salamzadə küçəsi - Hər iki istiqamətdə sıxlıq
7. Koroğlu Rəhimov küçəsi - Hər iki istiqamətdə sıxlıq
8. Bakı-Sumqayıt şossesi - Şamaxinka dairəsi və 20 Yanvar dairəsi istiqamətində sıxlıq
9.Heydər Əliyev prospekti şəhər mərkəzi istiqaməti kənar yol (bu hissədə hazırda 30-dan çox avtobus sıxlıqda qalıb).