Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropada COVID-19-a yeni yoluxmaların azalması dayandı - keçən həftə yoluxanların sayı 9 faiz artıb

Avropada COVID-19-a yeni yoluxmaların azalması dayandı - keçən həftə yoluxanların sayı 9 faiz artıb

Tarix: 5 Mart 2021 22:46

Avropada koronavirusa yeni yoluxmaların artması fonunda Ümumdünya Səhiyyə Təşkilatının regional bürosunun rəhbəri Hans Klyuge sayıqlığı itirməməyə və məlum olan bütün tədbirlərə ciddi şəkildə riayət etməyə çağırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avropada COVID-19-a yeni yoluxmaların azalması dayandı - keçən həftə bu rəqəm 9 faiz artaraq milyonu keçib. Artım əsasən Mərkəzi və Şərqi Avropada, eləcə də yoluxma səviyyəsinin artıq yüksək olduğu bir neçə Qərbi Avropa ölkəsində qeydə alınıb.

Bölgədə virusun yeni variantları yayılır: ÜST-nin Avropa bölgəsindəki 53 ölkədən 43-də ilk dəfə Böyük Britaniyada aşkarlanan B.1.1.7 variantı, 26 ölkəsində Cənubi Afrikada aşkarlanan B.1.351 variantı qeydə alınıb, 15 ölkəsində isə ilkin olaraq Braziliya və Yaponiyada aşkar edilən P1 variantı dövr edir.

"Bildiyimiz vasitələrdən istifadə edərək hər yerdə virusun yayılmasını dayandırmalıyıq", - deyə doktor Klyuge müraciət edib. - Ən başlıca tədbirlərə qayıtmaq lazımdır". Həmin tədbirlər bunlardır:

- virusun yeni variantlarına qarşı yüksək sayıqlıq;

- genişmiqyaslı testləşmə, yoluxmuş şəxslərin təcrid olunması, kontaktlarının izlənməsi, karantinə yerləşdirilməsi və müalicə olunması;

- digər xəstəliklərə daha ciddi diqqət;

- əhali ilə əlaqə və pandemiya "yorğunluğuna" qarşı mübarizə;

- tədricən koordinasiyalı, real vəziyyətə əsaslanan məhdudiyyətlərin qaldırılması;

- vaksinasiyanın sürətləndirilməsi.

ÜST-nin Avropa bürosunun rəhbərinin qeyd etdiyi kimi, vaksinlər artıq insan həyatını xilas edir: risk qrupuna aid insanların xəstəxanalara yerləşdirmə və ölüm hallarının səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. COVID-19-a qarşı peyvənd kampaniyası bölgədəki 45 ölkədə başlayıb, lakin əhalinin bütün qruplarının peyvənd olunmasına qədər hələ çox vaxt keçəcək, - deyə Kluge xəbərdarlıq edir.

Beynəlxalq Qadınlar Günü ərəfəsində Hans Klyuge pandemiyanın qadınlara, xüsusən də tibb işçiləri olan qadınlara daha çox təsir etdiyinə diqqət çəkib. Axı, qlobal miqyasda qadınlar bütün səhiyyə işçilərinin yüzdə 70 faizini təşkil edirlər, Avropa bölgəsində isə bu rəqəm daha yüksək - 84 faizdir. Bir ay əvvəl verilən məlumatlara görə, koronavirusa yoluxmuş 1,3 milyon tibb işçisi arasında 68 faizini qadınların təşkil etdiyi təəccüblü deyil. Xatırladaq ki, tibb işçilərinin COVID-19-a yoluxma ehtimalı əhalinin qalan hissəsindən üç dəfə çoxdur.

"Pandemiyaya qarşı mübarizənin ön cəbhəsində olanları qorumaq üçün əlimizdən gələni etməliyik. Tibb və sosial işçilərinin peyvənd olunmasını təmin etmək hər hökumətin borcudur", - deyə doktor Hans Klyuge bildirib.

Milli.Az


Etiketlər:  Avropada COVID 19 a yeni yoluxmaların azalması dayandı keçən həftə yoluxanların sayı 9 faiz artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ