Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lindemann Böyük Teatrda Azərbaycanın Xalq artisti ilə görüşdü - FOTO

Lindemann Böyük Teatrda Azərbaycanın Xalq artisti ilə görüşdü - FOTO

Tarix: 6 Mart 2021 16:27

Almaniyanın "Rammstein" rok qrupunun vokalisti Till Lindemann Azərbaycanın Xalq artisti Elçin Əzizovla görüşmək üçün Moskvada Dövlət Akademik Böyük Teatra gəlib. 

Sonxeber.net bildirir ki, bu barədə "Sputnik Azərbaycan" xəbər verir.

Bildirilir ki, E.Əzizov görüşdən olan fotoları özünün "Instagram" səhifəsində paylaşıb. Paylaşımın şərh bölümündə ifaçıların duetə hazır olduqları barədə ismarıc verilib. 

Onlar Lindemannın Azərbaycan əsilli meneceri Anar Reyband sayəsində tanış olublar. Opera ifaçısı müğənniyə Böyük Teatrda ekskursiya təşkil edib.

Qeyd edək ki, Lindemann Azərbaycanı çox sevir və koronavirus pandemiyasından əvvəl Bakıda dəfələrlə olub, xüsusən də Azərbaycanın Xalq rtisti Emin Ağalarovun dəvəti ilə "Jara" beynəlxalq musiqi festivalında iştirak etmək üçün gəlib.


Etiketlər:  Lindemann Böyük Teatrda Azərbaycanın Xalq artisti ilə görüşdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ