Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xızıda avtomobil qarlı yolda qalıb, xilasedicilərə müraciət olunub - VİDEO

Xızıda avtomobil qarlı yolda qalıb, xilasedicilərə müraciət olunub - VİDEO

Tarix: 7 Mart 2021 14:26

Martın 7-də gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Qızılqazma kəndində 2 nəfərin "ВАЗ" markalı minik avtomobilində qarlı-şaxtalı hava şəraitində yolda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Sonxeber.net-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən görülmüş operativ tədbirlər nəticəsində avtonəqliyyat vasitəsi təhlükəsiz əraziyə çıxarılaraq hərəkəti təmin olunub.


Etiketlər:  Xızıda avtomobil qarlı yolda qalıb xilasedicilərə müraciət olunub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ