Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2019 00:00
Bakı. Trend:
XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində idman gimnastikası yarışlarında qızlar arasında 4 müxtəlif hərəkətlər üzrə finalçılar müəyyən edilib.
Trend-in məlumaıtna görə, sərbəst hərəkətlərdə finala Viktoriya Listunova (Rusiya), Andreiya-İoana Stankiulesku (Rumıniya), Yana Vorona (Rusiya), Silviana-Mariya Sfirinqu-George (Rumıniya), Alizi Letrange-Moakit (Fransa), Veronika Mandriota (İtaliya), Mikol Minotti (İtaliya), Culiya Birk (Almaniya) vəsiqə qazanıblar. Azərbaycan gimnastı Milana Minakovskaya 11.800 bal yığaraq 30-cu yerdə qərarlaşıb.
Dayaqlı tullanmada finala Andreiya-İoana Stankiulesku (Rumıniya), Silviana-Mariya Sfirinqu-George (Rumıniya), Anastasiya Motak (Ukrayna), Viktoriya Listunova (Rusiya), Yana Vorona (Rusiya), Lilli Habisrütinger (İsveçrə), Bilge Tarhan (Türkiyə), Veronika Mandriota (İtaliya) çıxıblar. Azərbaycan gimnastı Milana Minakovskaya 12.350 bal ilə 24-cü yeri tutub.
Müxtəlif hündürlüklü paralel tirlərdə hərəkətlərdə finala Viktoriya Listunova (Rusiya), Andreiya-İoana Stankiulesku (Rumıniya), İrina Komnova (Rusiya), Yuta Verkest (Belçika), Darya Murjak (Ukrayna), Lena Bikel (İsveçrə), Tatyana Levçuk (Belarus), Marqo Dandois (Belçika). Azərbaycan gimnastı Milana Minakovskaya 9.700 bal toplayaraq 71-ci yedə qərarlaşıb.
Dəstəli atda hərəkətlərdə finala Ondin Açamponq (Böyük Britaniya), Holli Hilton (Böyük Britaniya), Klaris Passeron (Fransa), Alizi Letrange-Moakit (Fransa), Silviana-Mariya Sfirinqu-George (Rumıniya), Mikol Minoti (İtaliya), Viktoriya Listunova (Ruisya) və Veronika Mandriota (İtaliya) çıxıblar. Azərbaycan gimnastı Milana Minakovskaya 9.950 bal ilə 64-cü yeri tutub.
XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların ikinci günü keçirilib.
İdman gimnastikası yarışlarının ikinci günündə qadın gimnastımız çoxnövçülük üzrə mübarizə aparıb. Yarışda Azərbaycanı Milana Minakovskaya təmsil edib.
Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin