Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aygünlə Brilliant belə barışdılar - VİDEO

Aygünlə Brilliant belə barışdılar - VİDEO

Tarix: 9 Mart 2021 09:50

Xalq artistləri Aygün Kazımova ilə Brilliant Dadaşova arasında illərdir davam edən küsülülük bitib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənnilər bu gün barışıblar.

Belə ki, Dadaşova ailəsi ilə birlikdə Kazımovanın çıxış etdiyi məkana yollanıb. Aygün "Mənə elə baxma" mahnısını oxuya-oxuya Brilliantın masasına yaxınlaşıb.

O, ifaçının oğlu Cahadı qucaqladıqdan sonra Brillianta baxaraq "Mənə elə baxma" oxuyub. Yaxınları Dadaşovanın qolundan tutaraq onu Aygünün yanına çəkiblər. Daha sonra Kazımovanın ifası sədaları altında Brilliant rəqs edib.

Qeyd edək ki, həmin görüntüləri stilist Samiraldo lentə alıb.

Milli.Az


Etiketlər:  Aygünlə Brilliant belə barışdılar VİDEO


RƏYLƏR