Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məktəb direktorlarının sayı açıqlandı

Məktəb direktorlarının sayı açıqlandı

Tarix: 9 Mart 2021 16:20

İndiyədək keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə 1200-ə yaxın direktor işə qəbul edilib. Hazırda ölkə üzrə ümumi təhsil müəssisələrində 3615 direktor çalışır.

Bu barədə Təhsil Nazirliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, cari il üzrə keçirilən müsabiqədə iştirak etmək üçün 4993 namizəd elektron qeydiyyatdan keçib. Elektron qeydiyyatdan keçən namizədlər arasında qadınların sayı 2708 nəfər, kişilərin sayı 2285 nəfər təşkil edir.
 

Milli.Az


Etiketlər:  Məktəb direktorlarının sayı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ