Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2021 12:33
Onun əbədiyyət yolçuluğu bizi qələbə və azadlığa aparan yolun təməli oldu. Söhbət bu yolda vətənin daşı, yurdun vətəndaşı olan hərbçi ailəsində böyüyən şəhid Fuad Haşımovdan gedir.
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, ikinci Qarabağ döyüşlərində Xocavəndin Tuğ kəndində gedən döyüşlər zamanı torpağa qovuşdu.
O, əsgər kimi xidmətini tamamladıqdan sonra döyüşlərə qatılır. Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi şücaət və qəhrəmanlıq nümunəsinə çevrilir.
Lakin qəhrəman Fuad Haşımov döyüşlərdə iştirak etdiyini yaxınlarına bildirməyib.
Şəhid gizir bir ay müddətində qatıldığı döyüşlərdə qəhrəmanlıq salnaməsi yazmağı bacarıb. Son olaraq Xocavəndin Tuğ kəndində gedən döyüşlər zamanı namərd düşmən gülləsinə tuş gəlib. Yaralı olsa da silahını yerə qoymayıb.