Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2021 13:30
Müharibə zamanı onların da evinə ziyan dəyib - Allahverdiyevlər ailəsinin evi təmir olunacaq
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, vətən müharibəsində çox çətin anların şahidi olduq. Gəncə, Bərdə terror hücumuna məruz qaldı. Tərtər şəhəri dağıdıldı. Ermənistanın mülkilərə və yaşayış məntəqələrinə tuşlanan atəşi nəticəsində cəbhəyanı kəndlərdə də vətəndaşların min bir əziyyətlə tikdikləri evlərə külli miqdarda zərər dəydi . Ağdamda müharibə vaxtı ziyan görən evlərdən biri Allahverdiyevlər ailəsinə məxsusdur. Bu evdən nə bir dam, nə də bir əşya qalıb. Ailə üzvləri iddia edirlər ki, onlara dəymiş ziyan dəqiq qiymətləndirilməyib. Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı açıqlama var.
Ağdam rayonu Üçoğlan kəndində yaşayan Allahverdiyeva Paket Ocaqqulu qızına məxsus fərdi yaşayış evi Vətən müharibəsində Ermənistan ordusu tərəfindən artilleriya atəşinə məruz qalaraq dağılıb. Evin əşyaları da yararsız vəziyyətə düşüb.
Dağıntı ilə bağlı xüsusi yaradılmış komissiya tərəfindən evə baxış keçirilib. Ailə üzvləri iddia edirlər ki, dəymiş ziyan dəqiq qiymətləndirilməyib.
Ziyanla bağlı ailəyə 1000 manat vəsait ödənib. Ailə isə iddia edir ki, onlara dəymiş ziyan bundan dəfələrlə çoxdur.
Məsələylə bağlı rayon icra hakimiyyətindən bildirilib ki, ailəyə 1000 manat kömək məqsədilə dövlət tərəfindən yardım edilib. Evin təmiri ilə bağlı müvafiq komissiya yaradılıb və dəymiş ziyanın məbləği hesablanıb. Yaxın günlərdə ailənin evinin təmirinə başlanacaq. Bunun üçün bir neçə tikinti şirkəti ilə müqavilə bağlanıb.