Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa yoluxub sağalan insanlarda... - Tədqiqat

Koronavirusa yoluxub sağalan insanlarda... - Tədqiqat

Tarix: 13 Mart 2021 16:00

Koronavirusa yoluxub sağalan insanlarda COVID-19-a qarşı immunitet qalır. 

Sonxeber.net Sputnik Azərbaycan-a istinadən bildirir ki, Euronews-un məlumatına görə, bunu İnsbruk Tibb Universitetinin mütəxəssisləri kəşf ediblər. 

Avstriyalı alimlər bir il əvvəl Avropada koronavirusa yoluxmanın episentrinə dönən İşgil dağ-xizək kurortunda böyük araşdırma aparıblar. 

"Məlum oldu ki, ilkin tədqiqatda iştirak edən, sonra təkrar müayinəyə gələn insanların 90%-də anticisimlər qalıb. Eləcə də bizim hüceyrə immunitetini müayinə etdiyimiz adamların 70%-də də hüceyrə aktivliyi qorunub saxlanır", - tədqiqatın rəhbəri Vegener Borena deyib. 

Bu tədqiqatın nəticələrinə istinad edən alimlər komandası ümid edir ki, cəmiyyətdə kollektiv immunitet formalaşacaq. 


Etiketlər:  Koronavirusa yoluxub sağalan insanlarda Tədqiqat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ