Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbol tarixinin ən qorxunc oyunu - Təhdidlərə rəğmən nasistlərə qalib gələn futbolçuların “ölüm matçı” - FOTO

Futbol tarixinin ən qorxunc oyunu - Təhdidlərə rəğmən nasistlərə qalib gələn futbolçuların “ölüm matçı” - FOTO

Tarix: 14 Mart 2021 18:06

Həm tarix, həm də futbol dünyası maraqlı hekayələrlə doludur. Bəziləri bizi güldürür, bəziləri isə üzür.

Kiyevdə belə bir abidə var. Bəlkə də orada yaşayan insanların çoxu bu abidənin nə demək olduğunu bilmir.

Nədir bu abidədəki oyunçuların hekayəsi ?

Sonxeber.net musavat.com-a istinadən sizlərə tarixin maraqlı səhifələrindən yeni bir hadisəni təqdim edir.

İkinci Dünya müharibəsi zamanı nasist ordusu SSRİ torpaqlarını işğal etmişdi və bununla yanaşı Kiyev küçələrində rahatlıqla gəzirdi.

Ərazilər işğala məruz qalanda "Dinamo Kiyev" komandası dağıldı və futbolçular müxtəlif işlərlə məşğul olmağa başladılar.
1942-ci ildə futbolla əlaqəli bir şəxs, yeni bir komanda qurmaq üçün "Dinamo Kiyev"in dağılmış heyətindəki 8 oyunçunu bir araya gətirib. Komandanın adı isə "Start" olub.

"Start" komandası şəhərdəki işğalçı qoşun birlikləri ilə oyunlar oynamağa başlayıb və hamısını fərqli hesablarla məğlub edib.
Ən son Nasist ordusundan ibarət olan "Flakelf" komandası "Start" ilə qarşılaşıb. "Flakelf" o dövrlərin məğlubedilməz komandası kimi tanınırmış. Matç, 6 Avqust 1942-ci ildə baş tutub. "Start" bu yenilməz komandanı da 5-1 hesabı ilə məğlub edib.
Alman səlahiyyətliləri ordunun kefinin pozulmasından və şəhər qiyamından narahat olaraq 3 gün sonra yenidən bir revanş matç oynamaq istəyiblər. "Start" komandasının futbolçuları bu dəfə matça başlamazdan əvvəl nasistlər tərəfindən təhdid olunublar. Matçda qalib gəlsələr, oyunçuların aqibəti bəlli idi.

"Kiyev Dinamo" komandasının kapitanı bütün hədələrə baxmayaraq matça hazırlaşarkən, komanda yoldaşlarına bəzi şeylərin göz yaşları içində ölməyə dəyər olduğunu söyləyib və onları motivasiya edib.

Oyun günü meydanda tam bir nasist işğalı var idi. Tribunalar əsgərlərlə dolu idi. Hakim belə nasist zabit idi. Matçdan əvvəl keçirilən mərasimdə rusiyalı futbolçulardan bir nasist salamı istənilsə də, futbolçular bunu etməyib. İlk hissə də "Start"ın üstünlüyü ilə başa çatıb.

Soyunma otağına daxil olan nasist zabiti oyunçulara son xəbərdarlığını edib: "Matçda qalib gəlsəniz, nəticələrinə qatlanacaqsınız".
İkinci hissə başladıqda da heç bir şey dəyişməyib. "Start" futbolçuları oyunlarını davam etdirib. "Flakelf"in futbolçuları isə heç bir qayda tanımadan rəqiblərinə qeyri-insani rəftarlar ediblər.

Oyunun sonlarına doğru "Start"lı futbolçu Klimenko bütün alman futbolçularını keçərək qapıya yaxınlaşıb. Lakin qol vurma şansı olduğu halda, topu geriyə mərkəzə doğru atıb. Bu hərəkət almanları daha çox əsəbiləşdirib. Bunun üzərinə 90 dəqiqə tamam olmamış, hakim matçı bitirib.

Rus futbolçular öləcəklərini bilə-bilə bu matçı qazanıblar.

Oyundan sonra müxtəlif söz-söhbətlər yayılıb. Futbolçuların bir qisminin toplama düşərgələrinə aparıldığı, bir qisminin öldürüldüyü qeyd olunur. O gündən etibarən, bu qarşılaşma futbol tarixində "Ölüm matçı" kimi tanınıb.


Etiketlər:  Futbol tarixinin qorxunc oyunu Təhdidlərə rəğmən nasistlərə qalib gələn futbolçuların ölüm matçı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ