Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“UPS Flight Forward” bağlamaları dronlarla çatdıracaq

“UPS Flight Forward” bağlamaları dronlarla çatdıracaq

Tarix: 25 Iyul 2019 14:08

Bağlamaların təcili çatdırılması üzrə dünyanın nəhəng şirkətlərindən olan “United Parcel Service” (UPS) yükləri pilotsuz uçan aparatlar vasitəsilə çatdıracaq “UPS Flight Forward” xüsusi törəmə şirkəti yaradıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, məlumata görə, şirkət, həmçinin biznesin genişləndirilməsi üçün lazım olan sertifikatların alınmasına görə ABŞ-ın Federal Aviasiya Administrasiyasına (FAA) ərizə ilə müraciət edib.

 

Kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün administrasiya tərəfindən “UPS Flight Forward” şirkətinə bağlamaların yaşayış məntəqələrinə, gecə vaxtı və operatorun görmə əhatəsindən kənarda çatdırılması üçün dronlardan istifadəyə icazənın alınması tələb olunur.

 

Bildirilir ki, “Flight Forward” artıq bu il bir neçə pilotsuz uçan aparat və pilotlar üçün “FAA” sertifikatı almaqla potensial baxımdan ABŞ-da belə icazənin verildiyi ilk şirkət olacaq.

 

Nizam Nuriyev




Etiketlər:  Flight Forward bağlamaları dronlarla çatdıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ