Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tuheldən Haaland açıqlaması

Tuheldən Haaland açıqlaması

Tarix: 15 Mart 2021 17:36

"Çelsi"nin baş məşqçisi Tomas Tuhel "Borussiya"dan (Dortmund) Erling Haalandı transfer edəcəkləri barədə yayılan məlumatlara münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis hələlik bu haqda düşünmədiklərini deyib:

"İndi hazırkı futbolçularımızdan başqa bir oyunçunu düşünməyimizin vaxtı deyil. Bizim çıxışından razı qaldığımız və daha yaxşı oynamağa çalışan  futbolçularımız var. Onlara kömək etməyə çalışacağıq. Ümumilikdə isə mən xoşbəxtəm. Çünki biz yalnız qol vurmağı düşünmürük. Əlbəttə ki, qol vurmaq hər bir hücumçunu bir-birinə bağlayan şeydir. Yüksək səviyyəli futbolda bu, belədir. Oyunçularımızın daha çox qol vurmağı üçün yollar tapmağı gözləyirik. Onlara daha yaxşı şans yaratmaq üçün çalışmaqdan və həll yolları tapmaqdan heç vaxt əl çəkməyəcəyik".

Qeyd edək ki, "Çelsi"nin oyunçuları son 12 matçda toplam cəmi 13 qol vura biliblər. Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 51 xalla 4-cüdür.

Milli.Az


Etiketlər:  Tuheldən Haaland açıqlaması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ