Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarabağa qayıdış: Sakinlər yurd-yuvalarına köçəcəyi günü gözləyirlər - VİDEO

Qarabağa qayıdış: Sakinlər yurd-yuvalarına köçəcəyi günü gözləyirlər - VİDEO

Tarix: 16 Mart 2021 14:36

Müharibənin başa çatdığı 4 ay müddətinə görə, Qarabağa qayıdış planı ilə bağlı işlər sürətlə aparılır.

Milli.Az Real TV-ə istinadən bildirir ki, bunu Laçın sakinlərini təmsil edən Millət vəkili Mahir Abbaszadə dedi.

İlkin mərhələdə ərazilərin minalardan təmizlənməsi, yolların çəkilməsi, işıq və su xətlərinin bərpası, həmçinin sakinlərin siyahıya alınması prosesi davam etsə də, təhlükəsizlik məsələsi də prioritetdir. Qarabağda hüquq-mühafizə orqanları artıq xidməti fəaliyyətə başlayıb. Bundan başqa, Monitorinq Mərkəzi və sülməramlılar bölgədə təhlükəziliyi təmin edir. Bütün bu işlər yekunlaşdıqdan sonra vətəndaşların mərhələli şəkildə köçürülməsinə başlanacaq.

Noyabrın 10-da imzalanmış üçtərəfli sülh bəyanatın şərtlərinə görə, Dağlıq Qarabağa və ətraf rayonlara köçürülmə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında həyata keçiriləcək. Bu, könüllülük prinsipi daşısa da, sakinlərin əksəriyyəti birmənalı olaraq dogma el-obalarına gedəcəklərini deyirlər.

Qeyd edək ki, Qarabağda salınacaq infrastruktur əhalinin sayına görə hesablandığından vətəndaşların siyahıya alınması zəruri hesab edilir.

Milli.Az


Etiketlər:  Qarabağa qayıdış Sakinlər yurd yuvalarına köçəcəyi günü gözləyirlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ