Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2021 22:52
Texnologiya nəhəngi Apple keçmiş məhsul dizaynerini məhkəməyə verib. Təqsirləndirilən şəxsin şirkətin məxfi sənədlərini oğurladığı və jurnalistlərə sızdırdığı iddia edilir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Kaliforniyadakı ABŞ Məhkəməsində açılan iddiada şirkətn keçmiş işçisi Simon Lancaster və adsız bir jurnalist arasındakı əməkdaşlıq əlaqələrindən bəhs edilib. Apple-ın iddiasına görə, keçmiş əmkdaş gizli faylları toplayaraq mediaya ötürmək üçün müxtəlif şirkətlərlə kontakta girib.
HƏMÇİNİN OXU: Apple-dan 5G üçün böyük yatırım - Çip dizaynı mərkəzi yaradılır
Qeyd edilib ki, Lancaster təxminən 10 ildir, Apple ilə işləyir. LinkedIn səhifəsindəki məlumatlara görə, MacBook Pro TouchBar, Apple Watch və iPhone cihazlarının hazırlanmasnda iştirak edib. Gələcək hardware cihazları və prototip yenilikləri üçün materialları qiymətləndirib.
Qeyd edək ki. Lancaster hələ bu iddialarla bağlı şərh verməsə də, Apple itdihamlarına davam edib.