Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2021 17:02
Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov Novruz bayramı ərəfəsində əhalini özünü daha çox qorumağa və diqqətli olmağa çağırıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə Səhiyyə Nazirliyinin sosial şəbəkə hesabında canlı yayım zamanı bildirib.
Qeyd edib ki, insanların qoruyucu vasitələrdən istifadə etməsi virusun azalmasında həlledicidir: "Yoluxma hallarının çoxalması ilə qaydaların sərtləşməsi baş verir. Karantin sərtləşəndə təmaslar azalır. Bəri başdan təmasları azaldaq, boş yerə özümüzü riskə atmayaq.
Biz mütləq qızıl qaydalara ciddi əməl etməliyik. Yalnız bu yolla süni immunitet qazanıb dözümlülük əldə edə bilərik. Epidemioloji zənciri qıraraq epidemiyanın azalmasına, idarəolunan həddə düşməsinə səbəb olarıq. Ona görə də hansısa adminstrativ tədbirlərə əl atılmasına lazım gəlməz. Arzu edirəm, gələn Novruzda bu virusu çözmüş olaq".