Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2021 08:06
Hipotrofiya boya nisbətən çəkinin azalmasıdır.
Səbəbləri:
Əmələgəlmə səbəblərinə görə hipotrofiyalar prenatal və postnatal ola bilər.
Prenatal səbəblərə hamilə qadının tam dəyərli qidalanmaması, xəstəlikləri, dölün bətindaxili inkişaf qüsurları, infeksiyalar və s. ola bilər.
Postnatal dövrdə hipotrofiyaların səbəbi endogen və ekzogen ola bilər.
Bunlara (endogen) uşağın qeyri-infeksion xəstəlikləri, anadangəlmə inkişaf qüsurları, ekzogen səbəblərə isə alimentar çatışmazlıq, dərman maddələri, hipo və hipervitaminozlar və s. ola bilər.
Simtomları:
Hipotrofiyaların 3 dərəcəsi ayırd edilir:
1-ci dərəcəlidə çəki çatışmzlığı 11-20%, 2-ci dərəcəlidə 20-30%, 3-cü dərəcəlidə 30%-dən yüksək olur.
1-ci dərəcədə uşağın dərisi normal, dərialtı piy qatı qarında bir qədər azalır.
2-ci dərəcədə dərialtı piy qatı qarından başqa, döşdə və ətraflarda azalmış olur.
3-cu dərəcədə vəziyyət ağır olur, dərialtı piy qatı üzdə də azalır, uşağın sifəti qoca üzünə oxşayır
Müalicəsi:
1-ci dərəcədə uşaq evdə müalicə olunur. 2-ci, 3-cü dərəcələrin müalicəsi stasionarda aparılır. Həkim-pediatr hər dərəcəyə görə müvafiq müalicə təyin edir.