Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2021 08:33
Polimielit - (uşaq iflici) virus mənşəli yoluxucu xəstəlikdir. Xəstəliyin törədicisi sinir sisteminə daxil olaraq onurğa beynin ön buynuz hüceyrələrinin, beyin kötüyünün hərəki nüvələrini zədələyən viruslardır.
Epidemiologiyası:
Xəstəliyə tez-tez rast gəlmək olur. Xəstəlik zamanı iflic inkişaf edənə qədər sağalma baş verərsə xəstə sağlam virusdaşıyıcısına çevrilir. Xəstəliklə yoluxma ehtimalının mümkün olmasına baxmayaraq məhz sağlam virusdaşıyıcılar xəstəliyin əsas yoluxdurucularıdır. Infeksiya əsasən şəxsi kontakt və çirklənmiş qida məhsullarının qəbulu vasitəsilə yoluxur. Xəstəliyin mövsümi xarakter daşıması onun yayın sonu və payızın əvvəllərində daha çox təsadüf olunması ilə izah olunur. Polimielitə 5 yaşında həssaslıq kəskin azlır. Inkubasiya dövrü 7-14 gündür. Son illər ərzində əksər ölkələrdə xəstələrin kəskin azalması qeyd olunur. Buna səbəb körpə uşaqların vaksinasiya olunmasıdır.
Etiologiyası və patogenezi:
Xəstəliyin törədicisi viruslardır. Xəstəliyə qarşı immunitet yaranmır. Peyvənd olunmayan şəxslərdə, ilkin olaraq mədə-bağırsaq traktının yoluxması baş verir. Xəstəliyin ikinci əlamətləri badamcıqlarda və limfa düyünlərində özünü göstərir, yüngül halsızlıq və titrətmə əlamətləri müşahidə olunur. Xəstəlik onurğa beyni və onun şöbələrini ağır zədələyir.
Patomorfologiyasında onurğa qanla dolu, ödemli, yumşaq olur. Zədələnmiş əzələlərdə birləşdirici və yağ toxumasının çoxalması ilə müxləlif dərəcədə atrofiya elementləri tapılır. Xəstələrin əksəriyyətində titrətmə, baş ağrıları, meningeal əlamətlər nadir hallarda iflicin inkişafı baş verir. Xəstələrdə bir-iki gün davam edən baş ağrısı, halsızlıq, yuxusuzluq, titrətmə, mədə-bağırsaq pozğunluqları baş verdikdən sonra baş ağrıları artır, sonra beldə, ərtaf əzələlərdə ağrı müşahidə olunur. Xəstənin təzyiqi yüksəlir. Bu əlamətlər də 1-2 həftə davam etdikdən sonra xəstənin ətraflarında və əzələlərində kəskin ağrılar başlayır. Xəstənin boynu, gövdəsi, əl və ayaqlarının əzələləri zədələnir, asimmetrik ləkələr diqqəti cəlb edir. Ləkələrin əmələ gəlməsindən 24 saat sonra isə iflic baş verir.
Diaqnostikası:
Əsnəkdə, beyində və onurğa beyində virusun aşkarlanması diaqnozu təsdiq edir. Iflic baş vermədiyi zamanı xəstəliyi meningitlə differensiyasiya etmək çətinlik törədir.
Müalicəsi:
Xəstəliyin müalicəsi uzunmüddətli olur. Xəstə yumşaq yataqda uzanmalı, elə vəziyyət almalıdır ki, iflic olmuş əzələlər balış və qum kisələrinin köməyi ilə boşalmış olsun. Sağalma zamanı xəstənin fiziki hərəkətlər etməsi zəruridir. Müalicə dərmanlar, vitaminlər, metobolik vasitələtlə, fizioterapevtik üsullarla aparılır.
Profilaktikası:
Xəstəliyin baş verməməsi üçün dövlət tərəfindən poliklinika təfəfindən uşaqlara polimielit əleyhinə peyvəndlər aparılır.