Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhidlərin və əlil qazilərin kreditləri ödənilir - Sığorta ödənişi də davam edir - VİDEO

Şəhidlərin və əlil qazilərin kreditləri ödənilir - Sığorta ödənişi də davam edir - VİDEO

Tarix: 19 Mart 2021 13:40

Şəhidlərin və əlil qazilərin kreditləri ödənilir - sığorta ödənişi də davam edir

Vətən müharibəsi şəhidlərinin vərəsələrinə, döyüşlərdə xəsarət almış hərbçilərə, eləcə də əlillik dərəcəsi müəyyən edilmiş qazilərə sığorta ödənişinin verilməsi davam edir.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, proses Mərkəzi Bank və Sığortaçılar Assosiasiyasının birgə nəzarəti ilə həyata keçirilir.

Şəhidlərin və əlillik dərəcəsi almış hərbi qulluqçuların ipoteka kreditlərinin sığorta vasitəsilə ödənilməsi də davam edir.

Ödənişin təyini üçün şəhidlərin vərəsələri və əlillik dərəcəsi almış hərbçilər Dövlət Sığorta Kommersiya Şirkətinin filiallarına müraciət etməlidirlər. Orada müraciətlərə baxılır və ödənişlər həyata keçirilir. Vətəndaşların işini asanlaşdırmaq üçün yenilik də edilib.

Qeyd edək ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunun 5-ci maddəsinə əsasən, I dərəcəli əlilliyə görə 8800 manat, II dərəcəli əlilliyə görə 6600 manat, III dərəcəli əlilliyə görə 4400 manat, yüngül xəsarətə görə 550 manat, ağır xəsarətə görə isə 2750 manat məbləğində sığorta ödənişi nəzərədə tutulub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Şəhidlərin əlil qazilərin kreditləri ödənilir Sığorta ödənişi davam edir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ