Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2021 20:48
Crypto.com birjasının bu həftə yayımladığı hesabata əsasən hazırda dünyada 106 milyondan çox insan kriptovalyutadan istifadə edir. Birja analitikləri tək 2021-ci ilin yanvar ayında kriptovalyuta istifadəçilərinin sayında 15.7% artım olduğunu qeyd ediblər. 24 aparıcı kriptovalyuta birjalarının məlumatları əsasında aparılan araşdırmada bitcoin-in qiymətinin sürətlə qalxması ümumilikdə kriptovalyuta istifadəçilərinin sayının artmasına əsas təkan olub. Bundan əlavə, kriptovalyuta bazarının böyüməsinə bu sektor üzrə yeni bir ekosistem olan DeFi maliyyəsinin populyarlığı təsir göstərib.
Sonxeber.net kriptoinvest.az-a istinadən bildirir ki, Microstrategy, Square, MassMutual və Tesla kimi institusional sərmayəçilərin bitcoin-ə investisiya etməsi, həmçinin PayPal, MasterCard, VİSA kimi ödəniş sistemlərinin öz müştərilərinə kriptovalyutalar ilə alqı-satqısı imkanını təqdim etməsi xəbərləri kriptovalyuta bazarının böyümə sürətinı əhəmiyyətli dərəcədə artdı.