Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təkamülü qəbul edən qurumlar və akademiyaların siyahısı

Təkamülü qəbul edən qurumlar və akademiyaların siyahısı

Tarix: 20 Mart 2021 23:44

1) Bu andakı görünüşünə son 11-15 milyard ildə təkamül keçirərək gəlmiş kainat içərisində bizim planetimiz təxminən 4,5 milyard il əvvəl meydana gəlmişdir.

2) Meydana gəlməsindən etibarən planet öz geologiyası və ətrafıyla birlikdə saysız fiziki və kimyəvi qüvvənin təsiriylə dəyişmişdir və dəyişməyə davam etməkdədir.

3) Yerdə həyat ən az 2,5 milyard il əvvəl ortaya çıxmışdır. Bundan qısa bir müddət sonra fotosintez edən canlıların təkamülləşməsi, ən az 2 milyard il əvvəlindən başlayaraq atmosferin yavaş-yavaş əhəmiyyətli miqdarlarda oksigen ehtiva edən bir formaya çevrilməsinə gətirib çıxarmışdır. Tənəffüs etdiyimiz oksigeni ortaya çıxarmasının yanında fotosintez müddəti planetimizdə insan həyatının asılı olduğu sabit enerji və qidanın son mərhələdəki qaynağını meydana gətirir.

4) Sonxeber.net yasilelm.com-a istinadən bildirir ki, Yerdə ilk ortaya çıxdığından bəri həyat bir çox görünüş almışdır. Bunların hamısı paleontologiya, müasir biologiya və biokimya elmlərinin təyin etdiyi və bir-birlərindən müstəqil olaraq və artan bir qətilikdə təsdiqlədiyi kimi, təkmilləşmə müddətlərini davam etdirməkdədir. İnsanlar daxil olmaqla bu gün yaşayan bütün canlıların irsi şifrələrinin ortaqlığı aydın şəkildə onların ortaq mənşələrinə işarə edir.

Biz, təkamül tədrisi və ümumiyyətlə hər hansı bir elmi məlumat sahəsinin tədrisi məzmununda elmin xüsusiyyətinə bağlı olaraq aşağıdakı bildirişin altına imzamızı atırıq:

Elmi məlumat kainatın təbiətinə bağlı olaraq çox müvəffəqiyyətli olmuş və çox əhəmiyyətli nəticələr doğurmuş bir sorğu-sual formasının məhsuludur. Elm təbii dünyanı müşahidə edərək və test edilə və çürüdülə bilər fərziyyələr meydana gətirərək müşahidə edilə bilər faktlar üçün daha ətraflı şərhlər törədir. Müşahidələr kifayət qədər qənaətbəxş hala gəldiklərində, bu faktları açıqlayan elmi təlimlər inkişaf etdirilir.

İnsanın dəyər və məqsəd anlayışı təbiət elmlərinin əhatəsi xaricindədir. Yenə də, təbiəti qavrayışımızda elmi, ictimai, fəlsəfi, dini, mədəni və siyasi elementlər də iştirak edir. Bu fərqli sahələrin hər biri digərlərinə qarşı diqqətli davranmaq məcburiyyətindədir.

Mövcud sərhədlərini qəbul etməklə birlikdə elm açıqdır və yeni nəzəri ya da təcrübi məlumatlar işığında davamlı olaraq özünü inkişaf etdirir və yeni sahələrə açılır.

İmzası olan elmi akademiyalar və qurumlar:

1. Afrika Elmlər Akademiyası

2. Almaniya Elm və İnsani Elmlər Akademiyaları Birliyi

3. Amerika Birləşmiş Ştatları Milli Elmlər Akademiyası

4. Argentina Dəqiq, Fizika və Təbiət Elmləri Milli Akademiyası

5. Albaniya Elmlər Akademiyası

6. Avstraliya Elmlər Akademiyası

7. Avstriya Elmlər Akademiyası

8. Banqladeş Elmlər Akademiyası

9. Belçika Krallığı Elm, Ədəbiyyat və İncəsənət Akademiyası

10. London Krallığı Birliyi, Birləşmiş Krallıq

11. Bosniya-Herseqovina Elm və İncəsənət Akademiyası

12. Braziliya Elmlər Akademiyası

13. Bolqarıstan Elmlər Akademiyası

14. Çexiya Elmlər Akademiyası

15. Çin Elmlər Akademiyası

16. Academia Sinica, Çin, Tayvan

17. Danimarka Krallığı Elm və İnsani Elmlər Akademiyası

18. İndoneziya Elmlər Akademiyası

19. Mərakeş Krallığı Akademiyası

20. Milli Elm və Texnologiya Akademiyası, Filippin

21. Fələstin Elm və Texnologiya Akademiyası

22. Académie des Sciences, Fransa

23. Cənubi Afrika Elmlər Akademiyası

24. Xorvatiya Elmlər Akademiyası

25. Hindistan Milli Elmlər Akademiyası

26. Hollandiya Krallığı İncəsənət və Elm Akademiyası

27. İran İslam Respublikası Elmlər Akademiyası

28. İrlandiya Krallığı Akademiyası

29. İspaniya Krallığı Dəqiq, Fizika və Təbiət Elmləri Akademiyası

30. İsrail Elm və İnsani Elmlər Akademiyası

31. İsveç Krallığı Elmlər Akademiyası

32. İsveçrə Elm Akademiyaları Konfransı

33. Academia National dei Lincei, İtaliya

34. Yaponiya Elm Şurası

35. Kanada Krallığı Birliyi (RSC): Kanada İncəsənət və Elm Akademiyaları

36. Karib Elmlər Akademiyası

37. Keniya Milli Elmlər Akademiyası

38. Kolumbiya Dəqiq, Fizika və Təbiət Elmləri Akademiyası

39. Kuba Elmlər Akademiyası

40. Qırğızıstan Respublikası Milli Elmlər Akademiyası

41. Latviya Elmlər Akademiyası

42. Litva Elmlər Akademiyası

43. Macarıstan Elmlər Akademiyası

44. Makedoniya Elmlər və İncəsənət Akademiyası

45. Academia Mexicana da Ciencias, Meksika

46. Elmi Araşdırma və Texnologiya Akademiyası, Misir

47. Monqolustan Elmlər Akademiyası

48. Nigeriya Elmlər Akademiyası

49. Özbəkistan Elmlər Akademiyası

50. Pakistan Elmlər Akademiyası

51. Academia Nacional da Ciencias deş Peru

52. Polşa Elmlər Akademiyası

53. Académie des Sciences Techniques, Seneqal

54. Serbiya Elmlər və İncəsənət Akademiyası

55. Sinqapur Elmlər Akademiyası

56. Slovakiya Elmlər Akademiyası

57. Sloveniya Elmlər Akademiyası

58. Şri-Lanka Milli Elmlər Akademiyası

59. Academia Chilena da Ciencias, Çili

60. Tacikistan Respublikası Elmlər Akademiyası

61. Türkiyə Elmlər Akademiyası

62. Uqanda Milli Elmlər Akademiyası

63. Venesuela Milli Fizika, Riyaziyyat və Təbiət Elmləri Akademiyası

64. Yeni Zelandiya Krallığı Birliyi Akademiya Şurası

65. Afina Akademiyası, Yunanıstan

66. Zimbabve Elmlər Akademiyası

67. İnkişaf etməkdə olan Dünya Elmlər Akademiyası (TWAS)

68. Beynəlxalq Elm Şurası (ICSU) İdarə heyəti (IAP-də müşahidəçi qurum)


Etiketlər:  Təkamülü qəbul edən qurumlar akademiyaların siyahısı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ