Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2021 20:48
Müasir insanların əksəriyyəti azhərəkətli həyat tərzi sürür, fast-fuda üstünlük verir, daim streslərə məruz qalır ki, bunun nəticəsində bağırsaqların fəsliyyəti pozulur, ləngiyir, qəbizlik yaranır.
Bir çox hallarda fiziki aktivlik, düzgün qidalanma və kifayət miqdarda mayenin qəbulu insanı qəbizlikdən xilas edə bilir. Bəzi müalicəvi bitkilər də bu işdə kömək edir.
Sonxeber.net saglamolun.az-a istinadla bildirir ki, Rusiya Qastroenteroloji Assosiasiyası qəbizliklə mübarizə ermək üçün bağayarpağı toxumlarında istifadə etməyi tövsiyə edir. Bu toxumun gündəlik qəbulu əksər insanlarda bağırsaqların normal fəaliyyətini təmin edir və qəbizliyi aradan qaldırır.
İstifadə qaydası
Bağayarpağı toxumunun 1 x.q. üzərinə 1 stəkan qaynar su əlavə olunur, 30 dəqiqə su hamamında dəmlənilir, ilıq olandan sonra süzülür və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla ilıq halda içilir. Dəmləməni qəbul edəndə gün ərzində daha çox su içmək lazımdır.